En son xeberler

Allahşükür Paşazadə Rusiya və Ukrayna arasında münaqişənin nizamlanmasına Dinlərarası Şuranın cəlb olunmasını təklif edib

Bakı/15.02.22 Fevralın 15-də Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri şeyxülislam Allahşükür Paşazadə Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikovu qəbul edib.

Qurumun saytındakı məlumatda deyilir ki, şeyx Rusiya və Ukrayna arasında gərginliyin artmasından narahatlığını bildirib. O,  iki qardaş xalq arasında bütün problemlərin həll olunması üçün dua etdiyini bildirib.

Paşazadə bütün Rusiyanın patriarxı Kirilin və Ukrayna kilsəsinin liderlərinin iştirakı ilə beynəlxalq dinlərarası forumun keçirilməsini təklif edib. Öz tərəfindən Dinlərarası Şuranın həmsədri kimi bu prosesdə iştirak etməyə hazır olduğunu bildirib.

Rusiya səfiri bu sülhməramlı təşəbbüsə görə Allahşükür Paşazadəyə təşəkkürünü bildirib. -02D-

 


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button