En son xeberler

Ərdoğan “Expo-2020 Dubai”də Azərbaycan pavilyonunu ziyarət edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dubayda keçirilən “Expo-2020” sərgisində Azərbaycan pavilyonunu ziyarət edib.

24 saat xəbər verir ki, bu barədə Prezidentin mətbuat katibliyi məlumat yaylb.

Ərdoğan bundan əvvəl Dubayda keçirilən “Gulfood 2022” beynəlxalq ərzaq sərgisində Azərbaycan məhsullarının nümayiş olunduğu stendi ziyarət edib. O, Türkiyənin və BƏƏ-nin stendlərini də gəzib.

Sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə 15 Azərbaycan şirkəti meyvə şirələri, təbii mineral suları, çay, fındıq, meyvə-tərəvəz, konservləşdirilmiş məhsullar, qənnadı məmulatları “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirir.

Xatırladaq ki, Ərdoğan dünən BƏƏ-yə səfərə gəlib.

24 saat” “Ərdoğan “Expo-2020 Dubai”də Azərbaycan pavilyonunu ziyarət edib – FOTO” başlıqlı yazını “24 saat.org” saytına istinadən dərc edib

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button