En son xeberler

Maliyyə maxinasiyaları ilə bağlı Müdafiə Nazirliyinin dörd zabiti həbs olunub

Bakı/14.02.22 Bazar günü hökumətyönlü KİV-lər Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin rəisi Rəfael Xəlilov başda olmaqla, nazirliyin dörd yüksək vəzifəli zabitinin həbs edildiyi barədə məlumat yayıblar.

Xəlilovdan başqa, hərbi hissənin maliyyə şöbəsinin rəisi Fəzail Əliyevin, Quru Qoşunlarının Maliyyə İdarəsinin rəisi Bayram Bayramovun və nazirliyin Maliyyə İdarəsinin əməkdaşı Vüsal Əlizadənin həbs edildiyi bildirilir.  

Mənbənın məlumatına görə, zabitlər ümumilikdə 10 milyon manatdan çox vəsaiti (5 milyon avro) mənimsəməkdə ittiham olunurlar. Onlara qarşı CM-in 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə iş açılıb. 

Eyni zamanda, onların saxlanması üzrə əməliyyatın Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirildiyi bildirilir.

Bu qədər səs-küy yaradan iş olmasına baxmayaraq, nə Dövlət Təhlükəsizliyi Xidməti, nə Müdafiə Nazirliyi rəsmi məlumat verməyib. Bu idarələrdən şərh almaq və hətta xəbərlərin təsdiqini almaq cəhdləri nəticə verməyib.

Mətbuatda öz ünvanlarına tənqidi və mənfi materiallara qarşı çox həssas olan bu idarələr bu dəfə susmağa davam edirlər. -02D-

 


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button