En son xeberler

Gürcüstanda güclü zəlzələ baş verib, yeraltı təkanlar Azərbaycanın sərhəd rayonlarında da hiss olunub

Bakı/14.02.22 Fevralın 13-də axşam Gürcüstanda baş vermiş zəlzələ Azərbaycanın bəzi rayonlarında da hiss olunub. Zəlzələnin episentri Azərbaycan sərhədinin yaxınlığında olub, buna görə təkanlar Qazax, Ağstafa, Gəncə və Daşkəsəndə də hiss olunub, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bildirib.

Episentrdə təkanların maqnitudası 6,2 təşkil edib, Azərbaycanın sərhəd rayonlarında təkanların maqnitudası 3,0 – 4,0 təşkil edib.

Ermənistanın sərhəd rayonlarında 4-5 bal gücündə təkanlar hiss olunub.

Episentrə bitişik ərazidə dağıntılar var, xəsarət alanlar haqqında məlumat verilmir. Gürcüstanın paytaxtında və Ermənistanın bir sıra şəhərlərində insanlar yeni təkanların ola biləcəyindən ehtiyatlanaraq küçələrə çıxıblar. -02D-

 


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button