En son xeberler

Günəşə ən yaxın olan ulduz sistemində yeni planet kəşf edilib

google-news

    Alimlər Günəş sisteminə ən yaxın olan Proksima Sentavr adlı ulduz sistemində yeni planeti kəşf ediblər. Kəşf edilmiş yeni planet Proksima d adını əldə edib. Proksima d planeti Proksima Sentavr ulduzu ətrafında dövr edən üçüncü planetdir sözügedən ulduz sistemində aşkar edilmiş planetlər arasında ən aşağı kütləyə sahib planet hesab edilir. Mütəxəssislərin əldə etdikləri məlumatlara əsasən sözügedən planet öz ulduzundan 4 milyon kilometr məsafədə dövr edir. O, ulduz ətrafında tam dövrü 5 günə reallaşdırır. Bununla belə onun orbiti yaşayış zonasının (planet səthində suyun maye şəklində mövcud olmasına şərait yaradan zona) daxili sərhədlərindən kənarda yerləşir.

    Proksima d-nin kütləsi Yer kürəsinin kütləsinin 1/4 hissəsinə bərabərdir. Lakin buna baxmayaraq onun kütləsi Mars planetinin kütləsindən daha yüksəkdir. Yer kürəsindən Proksima d-yə qədər olan məsafə 4 işıq ili təşkil edir. Mütəxəssislər yeni planeti Proksima Sentavr ulduzunun hərəkətindəki kiçik dəyişikliklərin hesabına kəşf ediblər. Həmin dəyişikliklər qravitasiya cazibəsi ilə əlaqəlidirlər. Proksima d öz ulduzu ətrafında dövr edən zaman qravitasiya cazibəsi yaranır. Qeyd etmək lazımdır ki, Proksima Sentavr ətrafında Proksima d-dən əlavə iki ekzoplanet də dövr edir. Onlardan biri Yer kürəsinə bənzəyir yaşayış zonasında yerləşir. Həmin planet ulduz ətrafında tam dövrü 11.2 günə reallaşdırır. Digər planet isə ekzoplanet sinifinə namizəddir ulduz ətrafında tam dövrü 5 ilə reallaşdırır.


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button