En son xeberler

Bu həkim təcili əməliyyat olunmalıdır

Yevlax Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsində həkim kimi çalışan Vəfa Ağamirzə qızı Əsgərova qaraciyər serrozundan əziyyət çəkir.

Axar.az xəbər verir ki, bu barədə V.Əsgərovanın 19 yaşlı qızı Məleykə Əsgərova çağırış edib.

“Anam 1 aya əməliyyat olunmalıdır. Əməliyat üçün 25 min manat pul lazımdır. Donor mən olacağam. Xahiş edirəm, hərkəs əlindən gəldiyi qədər köməklik etsin. 1 manat belə olsa, bu mənim üçün boyük bir şeydir. Hamınıza təşəkür edirəm”, – M.Əsgərova bildirib.

Vəfa Əsgərovaya yardım etmək istəyənlər Leobank: 4098584450070600 kart nömrəsinə ianə edə bilərlər.


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button