En son xeberler

Bakıda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib

Bakıda polis əməkdaşlarının bıçaqlanmasında şübhəli bilinən Aydın Babayevin paytaxtın Səbail rayonu ərazisində gizləndiyi məlum olub.

Daxili İşlər Nazirliyindən bildirilib ki, dərhal əraziyə polis əməkdaşları cəlb edilib.

Həmin şəxs saxlanılan zaman silahlı müqavimət göstərib. Polis əməkdaşları tərəfindən görülən cavab tədbirləri nəticəsində silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib.

Hadisə yerindən A. Babayevə məxsus tapança aşkar edilərək götürülüb.

Qeyd edək ki, Aydın Babayev tanışı Məlahət Şükürovaya qol və qarın nahiyələrindən bıçaq xəsarətləri yetirib.

Daha sonra hadisə ilə bağlı həmin ünvana gedən Çevik Polis Alayının hər iki əməkdaşına bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək hadisə yerindən qaçıb.

Bakıda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib ” başlıqlı yazı pressklub.az saytından götürülüb

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button