En son xeberler

Prezident İlham Əliyev İslam İnqilabının 43-cü ildönümü münasibətilə İbrahim Rəisini təbrik edib

Bakı/11.02.22  Azərbaycan-İran ikitərəfli əlaqələrinin yüksələn xətlə inkişafı məmnunluq doğurur, prezident İlham Əliyevin İslam İnqilabının 43-cü ildönümü münasibətilə İran prezidenti İbrahim Rəisiyə göndərdiyi təbrikdə deyilir.

“Ali səviyyəli siyasi dialoq, qarşılıqlı səfərlər və müntəzəm görüşlər, imzalanan sənədlər əməkdaşlığımızın möhkəmlənməsinə güclü təkan verir. İqtisadi-ticari, enerji, nəqliyyat və digər sahələrdə qarşılıqlı fəaliyyətimizin çərçivəsinin gündən-günə genişlənməsi bunun bariz nümunəsidir”, – məktubda deyilir.

İlham Əliyev Aşqabadda Rəisi ilə görüşünün mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Bu görüş ikitərəfli münasibətlərin möhkəmlənməsinə mühüm töhfə verib.-02D-

 


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button