En son xeberler

Bəxtiyar Hacıyev  polis idarəsində təhdid edildiyi  deyir

Áàêó/11.02.22 İctimai fəal Bəxtiyar Hacıyev  fevraın 11-də Bakı Şəhər Baş Polis İdarəsində rəhbərlik səviyyəsində  təhdid edildiyi bildirilir.

Fəalın sözlərinə görə, Baş Polis İdarəsinə bir cinayət işi ilə bağlı şahid qismində dəvət edilsə də, İdarənin rəis müavini, polkovnik Vüqar Ələkbərov onu otağına dəvət edərək çox sərt şəkildə təhdid edib.

Gənc fəal bunu Daxili İşlər naziri  Vilayət Eyvazov haqqında yazdığı statusla izah edib.

Amma Daxili İşlər Nazirliyinin  (DİN)Mətbuat xidmətinin Kütləvi informasiya vasitələri  və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev “24saat.org” Agentliyinə bildirib ki, Bəxtiyar Hacıyevə qarşı heç bir təhdiddən söhbət gedə bilməz: “Bəxtiyar Hacıyev öz ampluasındadır. Səsləndirilən iddialar əsassızdır”.—21B–

 


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button