En son xeberler

Prezident Administrasiyasının keçmiş rəhbəri parlament seçkilərinin saxtalaşdırıldığını bildirir

Bakı/11.02.22 Prezident Administrasiyasının keçmiş rəhbəri, hazırda Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin ətrafında qalmaqal böyüməkdə davam edir. 82 yaşlı Mehdiyev onu istefaya çağıran bir sıra alim və deputatların çoxsaylı ittihamlarına qarşı cavab ittihamlarıyla çıxış edib.

Əsasən onu tənqid edən deputatları “növbətçi trollar” və “cib müxalifəti” adlandırıb. Mehdiyev xüsusən də Fəzail Ağamalı və Etibar Əliyevin parlamentdə olmasını “rüsvayçılıq” adlandırıb. Bu deputatları satqın və prinsipsiz adamlar adlandıran Mehdiyev seçicilərin Fəzail Ağamalını hansı biabırçılıqla görüşlərdən qovduğunu yada salır.

Etibar Əliyevə gəlincə, o, pul müqabilində bu və ya digər şəxslərə qarşı sifarişli yazılar yazmaqla tanınır.

Mehdiyev digər “təsadüfi” deputat kimi Musa Qasımlının adını çəkir. O,  pula görə müxalifətçidən iqtidaryönlü şəxsə çevrilib.

Ramiz Mehdiyev bu fikirlərlə faktiki olaraq etiraf edir ki, bu deputatlar seçilməyib, təyin ediliblər. Yəni, seçkilər saxtalaşdırılıb. Ancaq bunda kimin günahkar olduğunu demir.

Qeyd edək ki, Prezident Administrasiyasının rəhbəri olduğu illərdə parlament seçkilərinin keçirilməsinə və gələcək parlamentin tərkibinə məhz Mehdiyev cavabdeh idi. Beləliklə, Mehdiyev dolayısı ilə etiraf edir ki, bu məsələ ilə bağlı dövlət siyasəti qüsurludur, parlamentdə oturanlar isə ədalətli səsvermə nəticəsində seçilməyiblər. -02B-

 


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button