En son xeberler

Gözətçi 4 uşaq anasını bıçaqlayıb öldürdü

İsmayıllı rayonu, Basqal kənd tam orta məktəbində qətl hadisəsi olub.

Fevralın 11-də məktəbin gözətçisi, 1997-ci il təvəllüdlü Əhmədli Bəxtiyar Qurban oğlu məktəbin texniki işçisi, 1982-ci il təvəllüdlü Qəhrəmanova Gülarə Qara qızını bıçaqlayaraq öldürüb. B.Əhmədli qətli törətdikdən sonra hadisə yerindən qaçıb.

İsmayıllı Rayon Prokurorluğundan verilən məlumata görə, cinayəti törətməkdə şübhəli bilinən şəxs tutulub.

Bildirilib ki, fevralın 11-i İsmayıllı rayonu Basqal qəsəbə tam orta məktəbin həyətində 1982-ci il təvəllüdlü Gülarə Qəhrəmanovanın öldürülməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla zərərçəkmişin iş yoldaşı 1997-ci il təvəllüdlü Bəxtiyar Əhmədlinin Gülarə Qəhrəmanovaya bıçaqla çoxsaylı xəsarətlər yetirməklə onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb. Bəxtiyar Əhmədli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İstintaq davam edir.

Məlumata görə, Gülarə Qəhrəmanova ailəlidir, 4 uşağı var. (Qafqazinfo)

İsmayıllı məktəbində qətl: Gözətçi 4 uşaq anasını bıçaqlayıb öldürdü ” başlıqlı yazı pressklub.az saytından götürülüb

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button