En son xeberler

Ermənistan YUNESKO missiyasının səfərilə bağlı razılaşmalardan yayınır

Bakı/11.02.22 Yerevan YUNESKO missiyalarının Azərbaycana və Ermənistana səfərlərilə bağlı əldə olunmuş razılığı təhrif etməyə çalışır və üzərinə götürdüyü öhdəliklərindən növbəti dəfə yayınmağa cəhd edir. Bu barədə cümə günü Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

YUNESKO missiyalarının Azərbaycan və Ermənistana göndərilməsi barədə razılıq fevralın 4-də Azərbaycan prezidenti, Ermənistanın baş naziri, Fransa prezidenti və Avropa İttifaqı Şurası rəhbərinin apardığı danışıqların nəticələrinə əsasənəldə olunub.

Azərbaycan lap əvvəldən YUNESKO-nun texniki missiyasının ölkəyə göndərilməsi barədə qərarı alqışlayıb və qısa müddətdə təşkilatla ikitərəfli formatda bütün hazırlıq işlərini razılaşdırıb.

YUNESKO-nun Ermənistana missiyasına gəldikdə isə Azərbaycan tərəfi dəfələrlə Ermənistanda Azərbaycan xalqına məxsus mədəni irsin dağıdılması faktlarını YUNESKO və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. Azərbaycanın qeyri-hökumət təşkilatları  bu yaxınlarda həmin dağıntılara dair ətraflı məlumatı YUNESKO-ya təqdim edib. Bu dağıntılara dair məlumatlarda fotoşəkillər və digər sübutlar öz əksini tapıb. Odur ki, Azərbaycanın YUNESKO-ya təqdim etdiyi faktların araşdırılması üçün Ermənistana missiyanın göndərilməsi zəruridir.

Azərbaycan Xarici İşlər Nazirliyində ümid edirlər ki,   Ermənistan bu dəfə YUNESKO missiyanın təşkilinə şərait yaradacaq.06Â-

 


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button