En son xeberler

Moldovanın xarici işlər naziri öz ölkəsinin “Cənub” qaz dəhlizinə maraq göstərdiyini bildirib

Bakı/09.02.22 Azərbaycan və Moldova iki ölkənin paytaxtları Bakı və Kişinyov arasında birbaşa aviareyslərin açılmasının mümkünlüyünü müzakirə edirlər. Bu barədə çərşənbə günü Moldovanın xarici işlər və Avropaya inteqrasiya naziri Nikolay Popesku Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşünün yekunlarına dair brifinqdə bildirib.

Popesku qeyd edib ki, Moldova Azərbaycanla iqtisadi əməkdaşlığın möhkəmləndirilməsində maraqlıdır. Onun sözlərinə görə, hazırda Azərbaycanın 130 şirkəti Moldovada fəaliyyət göstərir. Kişinyov bu əlaqələrin genişlənməsinə tərəfdardır.

“Biz hər iki ölkən sahibkarlarının görüşü üçün biznes- forum təşkil edə bilərik”,- moldovalı nazir qeyd edib. Kişinyovda enerji sahəsində əməkdaşlığa və “Cənub” qaz dəhlizinin imkanlarından istifadəyə xüsusi maraq var.

“Biz “Cənub” qaz dəhlizinin fəaliyyətini müşahidə edirik və dəstəkləyirik. Bizimlə qonşu ölkələr artıq bu layihənin iştirakçılarıdır”, – Popesku deyib və əlavə edib ki, Moldova ilk dəfə olaraq nazirlərin “Cənub” qaz dəhlizi üzrə sonuncu görüşündə təmsil olunub.

Kişinyov bu il GUAM-a sədrliyi dövründə iştirakçı ölkələr arasında siyasi dialoqu gücləndirmək niyyətindədir. Xüsusilə GUAM üzvü olan ölkələrin dövlət və hökumət başçılarının sammiti planlaşdırılıb.

Moldova həmçinin nəqliyyat, energetika, ərzaq məhsullarının istehsalı və digər. sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə tərəfdardır.

“GUAM-ın bir çox praktiki aspektləri var”, – Popesku deyib və xatırladıb ki, təşkilat həmrəyliyin təşviqi, ölkələrin ərazi bütövlüyünün və suverenliyinin qarşılıqlı dəstəklənməsi üçün yaradılıb.

Öz növbəsində Ceyhun Bayramov qeyd edib ki,  ikitərəfli münasibətlərin müqavilə-hüquqi bazasında 65 sənəd var, daha üç saziş imzalanmağa hazırlanır. – 06B-

 


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button