En son xeberler

Bir qrup hərbi qulluqçu Prezident Administrasiyası qarşısında aksiya keçirib

Bu gün İkinci Qarabağ müharibəsinin bir qrup iştirakçısı Prezident Administrasiyası qarşısında etiraz aksiyası keçirib. 

Hərbiçilər onlara veteran statusu və medal verilməməsi ilə bağlı narazılıqlarını bildiriblər.

“Hamımız hərbiçiyik. Bizi veteranlıq hüququndan məhrum ediblər, heç bir ad, medal verməyiblər. Biz bu barədə Ali Baş Komandana dəfələrlə məktubda bildirmişik, məktublarımız Müdafiə Nazirliyinə yönləndirilib. Müdafiə Nazirliyi isə şablon bir məktub göndərib bizə”, – deyə aksiya iştirakçılarından biri bildirib.

Etirazçıların sözlərinə görə, Müdafiə Nazirliyi imtina cavabını zabitlərin müharibə bitəndən sonra, yəni 2020-ci ilin noyabrın 10-dan sonra həmin ərazilərə göndərilməsi ilə əsaslandırır.

Aksiya iştirakçıları bildiriblər ki, onlar səfərbərliklə çağırılıb və 2020-ci ilin dekabrından minalanmış ərazidə xidmət ediblər, ermənilərin diversiya qruplarına qarşı mübarizə aparıblar və 2021-ci ilin fevral-mart ayında evə göndəriliblər.

Aksiya iştirakçılarının sözlərinə görə, belə hərbiçilərin sayı 3 mindən çoxdur.

Məsələ ilə bağlı Prezident Administrasiyasından münasibət öyrənmək mümkün olmayıb.


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button