En son xeberler

Makron Putinlə danışıqlarda ‘oyunu dondurduğunu’ deyir

Fransa prezident idarəsinin məlumatına görə, Makron hər iki tərəfin hərbi hücuma keçməmək, strateji dialoqa başlamaq vədi götürməsini təklif edib

Fevralın 8-də Fransa Prezidenti Emmanuel Makron Kiyevdə ukraynalı həmkarı Volodimir Zelenski ilə danışıqlar aparır. O, bir gün öncə Moskvada Prezident Vladimir Putinlə görüşüb.

Rusiyanın Ukrayna ilə sərhəd yaxınlığına 100 mindən çox əsgər yığması onun qonşusuna təcavüzə hazırlaşması ehtimallarına yol açıb.

Fransa lideri danışıqlardan sonra deyib ki, Putinə “konkret təhlükəsizlik qarantiyaları” ilə bağlı təkliflər verib və Rusiya lideri onu “bu mənada işləməyə hazır olduğunu, sabitliyin və Ukraynanın ərazi bütövlüyünü qorumaq niyyətini” bildirib.

30 min əsgərin Belarusdan çıxarılması

“Deqradasiya, yaxud eskalasiyasının olmayacağına nail oldum. Məqsədim oyunu dondurmaq, eskalasiyanı önləmək, yeni perspektivlər açmaq idi. Bu məqsəd məndən ötrü tam yerinə yetirildi”, – Makron Kiyevdə jurnalistlərə deyib.

Fransa prezident idarəsinin məlumatına görə, Makron hər iki tərəfin hərbi hücuma keçməmək, strateji dialoqa başlamaq vədi götürməsini təklif edib.

Potensial razılaşmada bu ayın sonunda birgə təlimlər bitəndən sonra Rusiyanın Belarusdan 30 min əsgərini geri çəkməsi də nəzərdə tutulduğu bildirilir.

Putin danışıqlardan sonra deyib ki, Moskva “hər kəsə sərfəli kompromislərin tapılmasından ötrü hər şeyi edəcək”. O, Makronun irəli sürdüyü təkliflərin Ukrayna böhranında irəliləməyə əsas verə biləcəyini vurğulayıb.

Razılaşma “yoxdur”

Kremlin sözçüsü Dmitri Peskov isə fevralın 8-də Putin-Makron danışıqlarından gözləntiləri azaltmağa çalışıb. O deyib ki, Rusiya və Fransa Ukrayna ətrafında gərginliyin azaldılması üçün razılaşma əldə edə bilməyiblər, amma görüş bu cəbhədə gələcək iş üçün əsas verib.

Makron da böyük irəliləyiş gözləmədiyini söyləyib.

“Bircə saniyə də düşünmürdüm ki, Putin dünən hansısa jest etməyə hazırlaşır”, – Makron Kiyevdə deyib.

Rusiyanın Müdafiə Nazirliyi fevralın 8-də bildirib ki, altı hərbi gəmisi donanma təlimləri üçün Aralıq dənizindən Qara Dənizə yola düşür. Nazirlik bunu hərbi resursların öncədən planlaşdırılmış hərəkəti adlandırıb.

Mənbə: AzadlıqRadiosu
“24 saat”


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button