En son xeberler

Bakı Nəqliyyat Agentliyi paytaxt meriyasının, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi isə Daxili İşlər Nazirliyinin tabeliyinə verilib

Bakı/07.02.22 Fevralın 7-də dövlət başçısı Bakı Nəqliyyat Agentliyinin Bakı meriyasının tabeliyinə verilməsi barədə sərəncam imzalayıb.

Bu qərar sərnişindaşıma və taksi xidmətlərinin təkmilləşdirilməsi, bu sahədə idarəetmə sisteminin yaxşılaşdırılmasının vacibliyilə əlaqədar qəbul edilib.

Fərmanın mətninə əsasən, Bakı Nəqliyyat Agentliyi yenidən formalaşacaq, yeni nizamnamə və əsasnamə hazırlanacaq.

Qeyd edək ki, indiyədək Bakı Nəqliyyat Agentliyi müstəqil publik hüquqi şəxs olub. Bu qurum Bakı daxilində avtobus sərnişin daşımalarının təşkilinə görə məsuliyyət daşıyıb.

Dövlət başçısının eyni fərmanı ilə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Daxili İşlər Nazirliyinin tabeliyinə verilib.-02D-

 


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button