En son xeberler

Vaşinqton partiya sədri barədə çıxarılan qərardan məyusdur

Vaşinqton, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin həbsinə reaksiya verib. Bu barədə “24saat.org” İnformasiy Agentliyi məlumat yayıb.

“Biz Əli Əliyevin cinayət işi üzrə qərardan məyusuq”, – Dövlət Departamentinin sözçüsü “24saat.org”a bildirib.

Agentliyin yazdığına görə, Departament sözçüsü Azərbaycanı beynəlxalq öhdəliklərə və ifadə azadlığı hörmət etməyə çağırıb.

“Biz Azərbaycan hökumətini beynəlxalq öhdəliklərinə, o cümlədən ifadə azadlığı hüququna hörmət etməyə çağırırıq”.

Əli Əliyev ötən ilin dekabrında sosial şəbəkələrdəki müsahibəsində Sərhəd Xidmətinin helikopterinin qəzasında sağ qalanlarla bağlı səsləndirdiyi fikirlərinə görə məhkəməyə verilib. Yanvarın 13-də böhtan ittihamı ilə 5 ay azadlıqdan məhrum edilib.

Bu hökm noyabrın 30-da Qaraheybət poliqonunda qəzaya uğramış helikopterdən sağ çıxan Dövlət Sərhəd Xidməti polkovniki Emil Cəfərovun xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında çıxarılıb.

Məhkəmə çəkişməsinə VİP sədrinin dekabrın 9-da Youtube platformasındakı “Osmanqızı” kanalında helikopter qəzasını şərh edərkən səsləndirdiyi fikirlər səbəb olub. O bildirib ki, qəzanın necə baş verməsi haqda müsahibə verən iki hərbçinin – polkovnik Emil Cəfərov və kapitan Ramin Ədilovun əslində, hadisə vaxtı helikopterdə olduğuna inanmır.

Adları çəkilən DSX zabitlərinin hər ikisi Əliyevin CM-in 147.1 maddəsi (böhtan) ilə təqsirli bilinib 6 ay azadlıqdan məhrum edilməsini istəyirdilər.

Mənbə: AzadlıqRadiosu
“24 saat”


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button