En son xeberler

YUNESKO Azərbaycan və Ermənistana missiya göndərəcək

Bakı/05.02.22 YUNESKO Azərbaycan və Ermənistana missiya göndərəcək. Bu məsələ fevralın 4-də Azərbaycan və Ermənistan liderləri, Fransa prezidenti və Avropa İttifaqı Şurası rəhbərinin iştirakı ilə videoformatda keçirilən görüşdə razılaşdırılıb.

Görüşün təşəbbüsçüsü hazırda Avropa İttifaqında sədrlik edən Fransanın prezidenti Emmanuel Makrondur. Bu barədə Azərbaycan tərəfinin məlumatnda deyilir.  

Brüssel sülh gündəliyinin davamı olaraq keçirilən görüşdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması ilə bağlı ətraflı müzakirələr aparılıb.

Əsasən iki ölkə arasında münasibətlərin müxtəlif aspektləri, o cümlədən humanitar məsələlər, etimadın yaradılması, Azərbaycanın qarşılaşdığı mina problemi, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası, sülh sazişi ilə bağlı danışıqların başlanması barədə fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı prezident İlham Əliyev Birinci Qarabağ Müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyinin, kütləvi məzarlıqların yerinin müəyyənləşdirilməsi, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi sahəsində Azərbaycana beynəlxalq dəstəyin artırılması, dəmir yolu və avtomobil yolu ilə nəqliyyat dəhlizinin açılması məsələsinə xüsusi diqqət yetirib.

Dövlət başçısı qyd edib ki, Birinci Qarabağ Müharibəsi zamanı 71-i uşaq, 267-i qadın və 326-ı ahıl olmaqla, ümumilikdə 3890 Azərbaycan vətəndaşı itkin düşüb.

Prezident İlham Əliyev vurğulayıb ki, Vətən Müharibəsinin başa çatmasından bəri mina partlayışı nəticəsində 36 nəfər Azərbaycan vətəndaşı həlak olub, 165 nəfər yaralanıb.—06Â-

 



Source link

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button