En son xeberler

”Ukraynaya ikitərəfli müqavilələr əsasında yardım ediləcəyi gözlənilə bilər”

Türkiyənin NATO-dakı keçmiş daimi təmsilçisi, istefada olan fövqəladə və səlahiyyətli səfir  Fatih Ceylan Turan İnformasiya  Agentliyinə hal-hazırkı vəziyyəti analiz  edib.

Rusiyanın “sülhməramlı qüvvələri”nin orta möhlətdə Azərbaycan torpaqlarını tərk edəcəyinə ehtimal verməmək realist yanaşma olacaq.

 

Turan: Rusiya  ilə Ukrayna  arasındakı böhranlı vəziyyət davam edərkən Moskvanın günahlandırdığı qurumlardan biri də NATO oldu. Xarici işlər naziri Sergey Lavrov ”Yuqoslaviya, Liviya və Əfqanıstana  baxanda NATO-nun sülh məsələləri ilə məşğul  olmadığını görürük”-dedi. Buna münasibətinizi öryənə bilərikmi?

Fatih Ceylan: Hörmətli Lavrovun bu  müşahidəsində çox təcrübəli diplomata o qədər də  yaraşmayan iddialar var. NATO-nun müdaxiləsi olmasaydı, boşnak qardaşlarımızın hansı  vəziyyətdə qalacaqlarını təxmin etmək mümkündür. Eyni şəkildə Kosovada yaşayan albanların üzbəüz qaldıqları faciəli vəziyyətdən xilas olmaları mümkün idimi?  Bu sualı da verməyimiz  lazımdır. Balkan yarımadasındakı bu böhranın həll edilməsində Rusiyanın hansı rolu oynadığını və oynamadığını, o ölkənin səlahiyətli nümayəndələri əvvəlcə özləri üçün aydınlaşdırıb sonra  başqalarını günahlandırmağa çalışsınlar. Məntiq və reallıq bunu tələb edir. Əfqanıstan məsələsinə  gəlincə, ABŞ və NATO-nun arzu edilməyən izlər qoyaraq Əfqanıstanı tərk etmələri, təbii  ki, tənqid  edilməlidir. Digər tərəfdən, bu gün Əfqanıstanı tərk etməyin yaratdığı qeyri-müəyyən vəziyyətdən şikayət edən Rusiyanın bir vaxtlar Əfqanıstanda terrorçuluğa  qarşı aparılan mübarizədə NATO ilə həmahəng çalışdığını və hətta əməkdaşlıq etdiyini də unutmamaq  lazımdır. Hər halda hörmətli Lavrovun bu  məsələ barəsində deməyə sözünün olması lazımdır. NATO-nun Liviyaya müdaxiləsi və onun nəticələri Qərb dünyasında hələ mübahisə mövusu olaraq qalır. Müdaxilənin qeyri-sabitliyə səbəb olması qəbul edilən həqiqətdir. Rusiya da daxil  olamqla, oradakı qeyri-sabitliyin davam etməsinə görə məsuliyyət daşıyan bütün ölkələr əvvəlcə   öz vicdanlarında haqq-hesab çəkməli, daha sonra isə beynəlxalq əməkdaşlıq çərçivəsində lazımi  addımları atmağa yönəlməlidirlər. Bu, daha düz yanaşma olacaq.

Turan: Rusiya ilə Ukrayna arasındakı böhran BMT Təhlükəsizlik Şurasının da gündəminə   daxil  oldu. Diplomatiya dilində bunu necə oxumaq lazımdır?

Ceylan: Ukrayna ilə bağlı böhranın BMT Təhlükəsizlik Şurasında müzakirə edilməsi təbiidir. Digər tərəfdən, hazırkı şəraitdə bu problemin Ukraynanın gücünü aşıb-keçən qarmaqarışıq tərəflərinin həllini BMT TŞ-dən gözləmək həddindən artıq optimistlik olardı. Gərginliyin aşağı  salınaraq problemin həll edilməsi ABŞ ilə Rusiya və NATO ilə Rusiya arasındakı müzakirələrin gedişatına bağlı olacaq. İndki şərtlərdə problemin qısa müddətdə həllini gözləmək çətin görünür.

Turan: Türkiyə 2014-cü ilin martında Rusiyanın Krımı ilhaqını qəbul etmədi. Rusiya  iddia edir ki son iki ildə başda PUA-lar olmaq üzrə Türkiyənin Ukraynaya vəziyyəti dəyişdirə bilən silahlar satır. Bununla bağlı nə demək istərdiniz?

Ceylan: Krımın Rusiya tərəfindən işğalı və ilhaqı məsələsində Türkiyə düzgün mövqe  tutmuşdur. Krımın Ukraynanın ərazisi olması ila bağlı Rusiyanın imzası və öz üstünə götürdüyü beynəlxalq müqavilə öhdəlikləri var. Buna rəğmən Rusiya Krımı işğal etmişdir.

Ona görə hal-hazırda Krımın işğalı və ilhaqı qanunsuzdur, heç bir qanuni əsası yoxdur. Türkiyənin Ukraynaya satdığı PUA və SPUA-lar isə ehtimal edilən döyüşlərdə gücə güc qatan mühüm bir faktordur. Digər  tərəfdən, bu silahların ən şiddətli çarpışmalarda belə tarazlığı  dəyişdirmə gücünə malik olduğunu Rusiyanın hərbi qurumlarını idarə edənlər də çox yaxşı  bilirlər. Ona görə Rusiya səlahiyyətli nümayəndələri bütün hallarda PUA və SPUA satışlarını  Türkiyəyə qarşı gündəmdə saxlayacaq və fürsət düşəndə bundan istifadə etməyə çalışacaqlar.

Turan: Sizcə Rusiya ilə Ukrayna arasındakı böhranda NATO-nun müdaxilə imkanları   haraya qədərdir? Həqiqətən NATO-nun Şərqə doğru genişlənmə planı varmı?

Ceylan: Ukrayna NATO-nun üzvü deyil. Ona görə NATO-nun yaradılması məqsədilə   imzalanmış Vaşinqton Sazişinə uyğun olaraq İttifaqın onurğa sütunun təşkil edən maddəsindən  istifadə edə bilməz. O maddə İttifaqa üzv olan ölkələrin təhlükəsizliyini və ərazi bütövlüyünü  qorumağı nəzərdə tutur. Ona görə Rusiyanın Ukraynaya silahlı müdaxiləsindən söhbət getsə, NATO-nun buna müdaxilə etməsindən söhbət getməyəcək. Ancak NATO-nun üzvü olan ölkələr  ikitərəfli sazişlər imzalayaraq Ukraynanın müdafiə gücünü artıra və siyasi-iqtisadi sahələrdə  dəstək verə bilərlər. Onsuz da atılan addımlar bunun işarələrini verir. Hal-hazırkı şəraitdə Ukrayna və Gürcüstanın NATO-ya üzv olmaları üçün İttifaqın özündə fikir birliyinin meydana  çıxmasını gözləmək düz deyil. Bu məsələ uzun müddətdə və Rusiya ilə Qərbin arasında meydana çıxa biləcək bir razılaşma ilə gündəmə gələ bilər. Onun üçün burada çox uzun bir marafondan söhbət gedir.

Turan: Azərbaycanla   Ermənistan  arasındakı müharibənin  44-cü günündə hərbi  əməliyyatlar bir anda dayandırıldı və Rusiya silahlı qüvvələri sərhədi öz nəzarəti altına almaqla kifayətlənməyib 4 min kvadrat kilometrlik ərazidə özünün idarə struktunu  yaratdı. Sazişə görə Rusiya ordusunun 2025-ci ilin noyabrında Azərbaycanı tərk etməsi  lazımdır. Bu ehtimal nə dərəcədə yüksəkdir? Rusiya silahlı qüvvələrinin Azərbaycanı   vaxtında tərk etməsi üçün nə edilməlidir?

Ceylan: Müdaxilə edərək öz yaxın ətrafında yaratdığı “donmuş” və ya “dondurulmuş” bölgələr  deyə  xarakterizə edilən bölgələrdən Rusiyanın çıxmadığı bir reallıqdır. “44  günlük  savaş”dan sonra Qarabağdakı vəziyyətə nəzarəti itirməmək istəyən Rusiyanın əsas məqsədləri meydana çıxmışdır. Müharibədən əvvəl də döyüşlər davam edərkən də, müharibədən sonra da RusiyaAzərbaycan səlahiyyətli nümayəndələrinin hansı məsələləri gündəmə gətirib razılaşma əldə  etdiklərindən xəbərdar deyilik. Yəni, Rusiya, Azərbaycan və Ermənistanın hal-hazırda qüvvədə  olan vəziyyət barədə hansı müzakirələr apardıqları barədə məlumatlar əldə etməyimiz də mümkün deyil. Elan edilən sənəd Moskva sazişidir və orada Türkiyənin də dəstəkləyə biləcəyi  müddəlar var. Bunlardan ən əsası-kommunikasiya dəhlizlərinin açılmasıdır. Qarabağda nisbi və  real sülh yaranıb. Bunun uzun müddətli bir sazişə transformasiya edilməsi region üçün mühümdür və dəstəkləmək lazımdır. Həmişəlik sülhə nail olunması halında belə Rusiyanın “sülhməramlı  qüvvələri”nin orta möhlətdə oradan çıxmasını gözləməmək – ehtiyatlı  olmağın  tələbidir. Bu reallıqdan hərəkət edərək Azərbaycan rəhbərliyinin bu sahədə atacağı addımları  yaxından izləmək lazımdır. Proseslər davam etdikcə Azerbaycan ilə Rusiya arasında əldə edilən razılaşmanın təfərrüatının meydana çıxmasını da ehtimal etmək olar.

 



Source link

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button