En son xeberler

“Özünü jurnalist kimi təqdim edən şəxs cinayət başında yaxalanıb”

Bayram Hacıyevin səhiyyə müəssisəsinin direktorunu hədələdiyi bildirilir

“Özünü jurnalist kimi təqdim edib, vəzifəli şəxslərdən pul tələb edən şəxs cinayət başında yaxalanıb”.

Baş Prokurorluğun yaydığı açıqlamada belə deyilir.

Bildirilir ki, Bayram Hacıyev özünü media nümayəndəsi kimi təqdim edib.

Məlumatda deyilir ki, o, səhiyyə müəssisəsinin direktoru barəsində “Facebook”da və “YouTube”da qeydiyyatdan keçirdiyi “Sizintv.az” və “Vətəndaş Bayram Hacıyev” adlı səhifələrdə paylaşım edib.

“O, həmin nüfuzdan salan video-materialların silinməsi və gələcəkdə bir daha belə paylaşımların edilməməsi müqabilində səhiyyə müəssisəsinin direktorundan pul tələb edib. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Bayram Hacıyevi iş başında saxlayıb. O, barələrində həqiqətəuyğun olmayan rüsvayedici məlumatları sosial şəbəkələrdə yayma hədəsi ilə digər tibb müəssisələrinin rəhbər vəzifəli şəxslərindən onların yaxınları vasitəsi ilə 2.000 manat pul vəsaitini əvvəlcədən təyin etdiyi Bakı şəhəri Nərimanov rayonu ərazisindəki görüş yerində alarkən cinayət başında yaxalanıb”, – deyə məlumatda vurğulanır.

Prokurorluq qeyd edir ki, faktlarla bağlı fevralın 3-də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

B.Hacıyev həmin məcəllənin 182.2.2-ci maddəsi (təkrar hədə-qorxu ilə tələb etmə) ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib: “Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz hallar tam və hərtərəfli araşdırılmaqla təqsirləndirilən şəxsin qanunsuz əməllərindən zərər çəkmiş digər şəxslərin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”.

Məsələ ilə bağlı Bayram Hacıyevin yaxınları və ya vəkili ilə əlaqə saxlamaq mümkün olmayıb.

Daha öncə də bir sıra sosial media istifadəçisi Baş Prokurorluğa çağırılıb, onlara xəbərdarlıq edilib (https://d9mc3ts4czbpr.cloudfront.net/az/article/azerbaycanda-sosial-mediada-serh-yazan-istifadeci-30-sutka-hebs-edilib/).

Məsələn, Baş Prokurorluq məlumat yayaraq bildirib ki, sosial media istifadəçiləri Yalçın Yaşar oğlu Mirzəli, İlham Telman oğlu Hüseynov, Nizami Əsədulla oğlu Abbaslı, Əfqan Ənvər oğlu İsayev və Rasim Əlif oğlu Azadov “Prokurorluq haqqında” Qanunun 21-ci (Prokuror aktlarının növləri – xəbərdarlıq, təqdimat, qərar) maddəsində nəzərdə tutulan qaydada xəbərdarlıq alıb.

Prokurorluq bunun internet informasiya ehtiyatlarına qanunvericiliklə qadağan edilmiş məlumatların yerləşdirilməsinin qarşısının alınması və infromasiya təhükəsizliyinin təmin edilməsi məqsədilə edildiyini bildirib.



Source link

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button