En son xeberler

Makron  Mişel, Əliyev və Paşinyanla videokonfras keçirib

Bakı/04.02.22 Fransa prezidenti Emmanuel Makron cümə günü Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə videokonfrans keçirib, Frans Press agentliyi xəbər verir.

“Biz əvvəlki görüşlər və müzakirələr zamanı çox şey əldə etmişik və əsas məqamlar üzrə müzakirələri davam etdirməyimiz çox vacibdir”, – deyə Makron görüşdə bildirib.

Videokonfransda Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel də iştirak edib.

Görüşün təfərrüatları açıqlanmayıb. Qeyd edək ki,  bu tərkibdə  bu ilk belə görüşdür.

Bakı və İrəvan hələlik danışıqların məzmununu şərh etməyiblər.

Görünür, Makron Ermənistan-Azərbaycan dialoqunu intensivləşdirməyə və bunun üçün öz vasitəçiliyini təklif etməyə çalışır. -02B-

 



Source link

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button