En son xeberler

Azərbaycan və Avropa İttifaqı yeni tərəfdaşlıq sazişini 2022-ci ildə imzalaya bilər

Bakı/05.02.22  Azərbaycan və Avropa İttifaqı bu il yeni tərəfdaşlıq sazişini imzalaya bilər. Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov cümə günü Avropa İttifaqının genişlənmə və qonşuluq üzrə komissarı OliverVarhelyi ilə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, sazişlə bağlı Avropa İttifaqı  tərəfindən bir sıra təkliflər irəli sürülüb.

“Hazırda mütəxəssislərimiz bu təklifləri öyrənirlər. Bu gün biz belə fikrə gəldik ki, bu işlərin həyata keçirilməsi sürətlənsin. Hesab edirik ki, Avropa İttifaqı ilə strateji tərəfdaşlıq haqqında yeni sazişin imzalanması 2022-ci ildə mümkündür”, – Bayramov bildirib.

Nazir həmçinin qeyd edib ki, Avropa İttifaqı Azərbaycanın əsas xarici ticarət tərəfdaşı olaraq qalır. 2021-ci ilin yekunlarına görə, əmtəə 15,2 milyard dollar təşkil edib.

Yeni sazişin imzalanması ilə bağlı danışıqlar 2017-ci ildə başlayıb.

Bundan öncə bildirilmişdi ki, sənəd  90 faizdən çox razılaşdırılıb və ticarət-iqtisadi sahədə bəzi məsələlər açıq qalır.

Bakıda yeni saziş “strateji tərəfdaşlıq haqqında” saziş adlandırılsa da, Avropa İttifaqı nümayəndələri bu formuldan çəkinirlər.

1996-cı il tarixli tərəfdaşlıq və əməkdaşlıq haqqında sazişi əvəz edəcək yeni sənəd daha əhatəli olacaq.—06Â-

 



Source link

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button