En son xeberler

Sayt sahibi nəşri facebook-dan silməkdən imtina etdiyinə görə cərimə edilib

Bakı/04.02.22 Azərmedia MMC – yeniavaz.az saytının sahibi tənqidi material dərc etdiyinə görə 1500 manat cərimə olunub.

Bu qərarı fevralın 3-də Bakının Nəsimi rayon məhkəməsi Baş Prokurorluğun təqdim etdiyi inzibati protokol əsasında qəbul edib.

“Azərmedia” rəhbəri Anar Qaraxançallının sözlərinə görə, yanvarın 20-də o, Baş Prokurorluğa çağırılıb, orada ondan facebook-da yeniavaz.az səhifəsindən “Prokurorluq: Tofiq Yaqublu özünü yumruqlayaraq bu hala salıb” sərlövhəli nəşrinin linkini silməyi tələb ediblər. https://www.facebook.com/yeniavaz2016/posts/4803980149690413

Məqalə özü yeniavaz.az saytında dərc edilib: https://www.yeniavaz.com/az/news/186737/prokurorluq-tofiq-yaqublu-ozunu-yumruqlayaraq-bu-hala-salib-fotolar?fbclid=IwAR27nbstPLhTJIw4VxjWUX86nfeCzUM3EoWAYGL_BLv-sOjvvc7jNoQ83Ss).

Bu material Səbail rayon prokurorluğunun müxalif siyasətçi Tofiq Yaqublunun polis tərəfindən saxlanıldıqdan sonra döyülməsi haqqında cinayət işi açmaqdan imtina etməsinə həsr olunub.

Səbail rayon prokurorluğu Tofiq Yaqublunun polis bölməsində “özünü divara çırpıb”, bəzən isə “əlləri ilə özünə zərbələr vurub”. 

Qaraxançallının sözlərinə görə, Baş Prokurorluğun iddiası məqalənin məzmunu deyil, onun sərlövhəsi və facebook istifadəçilərinin şərhi ilə bağlı idi. Ona bu sərlövhənin müvafiq, yəni tənqidi şərhlərə səbəb olduğunu deyiblər.

Ondan nəşri facebookdan silməyi tələb ediblər, bu, şərhlərin də avtomatik olaraq silinməsi demək olacaqdı.

Amma Qaraxançallı istifadəçilərin şərhlərinə görə nəşrin cavabdeh olmadığına istinad edərək, bunu etməkdən imtina edib.

 

Bundan sonra saytın təsisçisinə qarşı 388-1.1.2-ci (internet informasiya ehtiyatında yerləşdirilmiş yayılması qadağan edilən informasiyanın götürülməsi ilə bağlı “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tədbirlərin görülməməsi) maddə ilə inzibati iş açılıb və bu iş Nəsimi rayon məhkəməsinə göndərilib.

Məhkəmə işə fevralın 3-də baxıb.

“Prosesdə prokurorluq nümayəndəsi bildirib ki, saytın rəhbərliyinin böhtan, təhqir xarakterli şərhləri silmək öhdəliyi yoxdur və sayt buna görə məsuliyyət daşımır”, deyə Azərmedia-nın vəkili Nemət Kərimli 24saat.org-a bildirib.

Amma, onun sözlərinə görə, heç bir qanun pozuntusu olmayıb. “Heç bir qanunda, nəşrdə qanunsuz bir şey yoxdursa, onu silmək öhdəliyi yoxdur. İstifadəçilərin şərhlərinə gəlincə, nəşr onlara görə məsuliyyət daşımır”, deyə Kərimli qeyd edib.

Bununla belə, hakim Baş Prokurorluğun protokolu əsasında Azərmedia-nı 1500 manat (900 dollar) cərimə edib. Vəkil bildirib ki, qərardan apellyasiya şikayəti veriləcək.

Yanvarın 24-də Baş Prokurorluq “Azərmedia MMC” barəsində inzibati işin məhkəməyə verildiyini bildirib. Eyni zamanda, facebook-da yeniavaz.az səhifəsində qanunvericiliyə zidd məzmunun yayılmasına görə vətəndaş Namiq Əliyevin bir ay müddətinə inzibati həbs cəzasına məhkum edildiyi bildirilib. -06Â-

 


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button