En son xeberler

“Ermənistan sərhədlərin delimitasiyası məsələsində nəsə tələb edə bilməz”

Bakı/03.02.22 Azərbaycan sərhədlərin delimitasiyası ilə bağlı Ermənistanın təkliflərini Rusiyanın vasitəsilə alıb.

“Lakin Ermənistanın hər hansı şərt irəli sürməyə nə hüquqi, nə siyasi, nə də mənəvi haqqı var”, – Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov fevralın 3-də Bakıda keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, sərhədlərin delimitasiyası məsələsində hansısa “kreativlik” göstərməyə ehtiyac yoxdur, sadəcə, beynəlxalq sərhədləri tanımaq lazımdır.

*Xatırladaq ki, iki həftə öncə erməni tərəfi öz təkliflərini açıqlayıb və bunlar Ermənistan və Azərbaycan qüvvələrinin təmas xəttindən qarşılıqlı çəkilməsini nəzərdə tuturdu.

Bundan əlavə, təcavüzkar ritorikadan imtina etməklə danışıqların atmosferinin normallaşdırılması təklif olunurdu.02D-

 


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button