En son xeberler

İrandan narkotik vasitələr keçirilməsinin qarşısı alınıb

Bakı/02.02.22 Fevral ayının 2-də Biləsuvar rayonunun Biləsuvar şəhəri yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 1 nəfər naməlum şəxs ərazidən bağlama götürərək hadisə yerin­dən qaçmaq istədikdə saxlanıb. Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) yaydığı məlumatda deyilir.  

Saxlanılan şəxsin Bakı şəhər sakini Ümid Əsgərov olduğu müəyyən edilib.

Bağlamaya baxış zamanı içərisində təxminən çəkisi 9 kiloqrama yaxın (7 900 qram “marixuana”, 900 qram “kakos”) narkotik vasitəyə  bənzər maddələr aşkar olunaraq götü­rülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir. -05D-

 


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button