Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev muxtar respublikanın təhlükəsizliyini daim diqqət mərkəzində cəmləşdirir.
Xeberler.info “Axar.az” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bunu Əlahiddə Ümumqoşun Ordusunun növbəti zabit hazırlığı, gizir, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu və qadın hərbi qulluqçuların kursantları ilə bağlı keçirilən buraxılış mərasimində deyib.
Əvvəlcə Ulu öndər Heydər Əliyevin xatirəsi yad edilib, Azərbaycan Dövlət Himni səsləndirilib.
Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-polkovnik Kərəm Mustafeyi şəxsi heyəti adından təbrik edən general-mayor Məhərrəm Həsənov bildirib ki, İlham Əliyev hər zaman diqqəti Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyinə yönəldib. Göstərilən diqqət və qayğının nəticəsi olaraq, muxtar respublikanın müdafiəsində uğurla fəaliyyət göstərən Əlahiddə Ümumqoşun Ordusunun maddi-texniki bazası hər gün möhkəmləndirilir, silah arsenalı ən müasir silahlarla yenilənir.
Məzunlar adından çıxış edən mayor Bəhruz Ziyadov və gizir Taleh Həsənov Əlahiddə Ümumqoşun Ordusunun hissə və bölmələrində xidmət edərkən şəxsi heyətin peşəkarlığının artırılmasına sərf edəcəklərinə söz verib.
Çıxışlardan sonra məzunlara sertifikat və hədiyyələr təqdim olunub.
Sonda xatirə şəkli çəkdirildi.
Xeberler.info
Şərh yaz